Bakıda usta müştərinin maşınını qaçırıb qəza törətdi

Bakıda usta müştərinin maşınını qaçırıb qəza törətdi

Paytaxt sakini ustaya verdiyi maşını əzilmiş vəziyyətdə tapıb.

Aktual.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini Asif Eynullayev polisə müraciət edərək bildirib ki, özünə məxsus "Tofaş" markalı 90 GD 489 nömrəli avtomobili maşın ustası Murad Məcidova verərək texniki vəziyyətini yoxlamasını istəyib. Lakin M.Məcidov həmin avtomobili icazəsiz olaraq sürüb və D.Aslan küçəsində maneəyə vuraraq qəza törədib. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Polisə çağırılan M.Məcidov hadisəni etiraf edib, izahatı alındıqdan sonra buraxılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR