Bakıda tutulan İŞİD-çi Rusiyaya təhvil veriləcək

Bakıda tutulan İŞİD-çi Rusiyaya təhvil veriləcək

İŞİD terror təşkilatına qoşulmaq istəyən Azərbaycanda saxlanılan Rusiya vətəndaşının ekstradisiya proseduru üçün Rusiya tərəfi ilə danışıqlar aparılır.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Ziyadxanov Əhmədxan İdrisoviç barədə sənədlərin verilməsi üçün Rusiya tərəfinə müraciət edilib. Hüquqi proseduralar həyata keçirildikdən sonra Ziyadxanov Əhmədxan İdrisoviç Rusiyaya ekstradisiya olunacaq.

Qeyd edək ki, Azərbaycan sərhədçiləri İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşını saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə “Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanıl­ıb.

Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün AR və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Aktual.az

Xəbər 639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR