Bakıda toy edən geylərdən yeni xəbər var - BİABIRÇILIQ

Bakıda toy edən geylərdən yeni xəbər var  - BİABIRÇILIQ

"Qızıl Qaya" restoranı həmcinslərin toyu barədə yayılan xəbərə münasibət bildirib.

Restorandan daxil olan açıqlamada deyilir:

"Son günlər mətbuatda dərc edilən məlumatlara əsasən, qeyri-adi toy mərasiminin keçirilməsi ilə əlaqədar bildiririk ki, bu xəbərlər heç bir həqiqəti əks etdirmir, tamamilə yalnış məlumatdır. Bütün bunlar düşünülmüş şəkildə "Qızıl Qaya" restoranının imicinə xələl gətirmək məqsədilə yazılmışdır və qara piar məqsədi daşıyır.

Qeyd edirik ki, "Qızıl Qaya" restoranı bu cür etik normalara zidd mərasimlərin keçirilməsinə heç bir zaman razılıq verməmişdir. Artıq 15 ildən çoxdur fəaliyyət göstərir. Azərbaycan adət-ənənələrinə uyğun olaraq toy və nişan mərasimlərini, şənliklərini keçirir. Bəzi şəxslərin gözləri bu restoranın nüfuzunun yüksək olmasını götürmür. Buna görə də bu cür yazılar mətbuata sızdırılır. Bir daha bildiririk ki, məlumatlar tam yalnışdır, reallığı əks etdirmir!"

----------

12:48

"Qızıl Qaya" şadlıq sarayının rəhbərliyi orada həmcinslərin toyu barədə yayılan video və fotoşəkillərə münasibət bildirib.

Şadlıq sarayının adının çəkilməsini istəməyən rəsmisi ilk olaraq foto və videoda əks olunanları təkzib etsə də, bizim israrlarımızdan sonra danışmağa başladı.

Şadlıq sarayında belə bir toy olmayıb:

"Bizə müraciət edən şəxslərlə yaşlı bir qadının yubileyinin keçirilməsi üçün razılaşmışdıq. Mərasim üçün hazırlıqlar görüldü, məclis başladı. Bir müddət sonra həmin "kişi" təmtəraqlı geyimdə məclisə təşrif buyurdu. Biz şadlıq sarayı olaraq onu məkanımızdan çıxara bilməzdik. Çünki o, ev sahibinin ad gününə dəvətlilər içərisində idi".

Onun sözlərinə görə, daha sonra həmin gəlin qiyafəsində olan "kişi" masada əyləşərək insanlarla şəkil çəkdirməyə başlayıb:

"Bu da həmin şəkillərdən bəziləridir. Bizim əlimiziə həmin ad günü tədbirinin videogörüntüsü də var. Mətbuatda yayılanlar reallıqdan uzaq, hazırlanmış şəkildə cəmiyyətə təqdim olunub".

Qeyd edək ki, yayılan foto və videoda məclisin, əsasən, geylərdən təşkil edildiyi aydın görünür. Yayılan məlumatlarda "gəlin"in adının Aydın olduğu bildirilir.

Aktual.az

Xəbər 8234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR