Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.
Aktual.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunmuş, baxış zamanı sursatların müxtəlif növ çaplı top mərmiləri olduğu müəyyən edilib.
Aşkar edilən mərmilər xüsusi ayrılan əraziyə aparılaraq zərərsizləşdirilib.
Əməliyyat saat 14:28-də başa çatıb.