Bakıda tıxacların qarşısı belə alınacaq - Yenilik

Bakıda tıxacların qarşısı belə alınacaq -  Yenilik

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimal edilir. Bununla bağlı hazırda svetoforların vaxt planları yenilənir və pik saatlarına uyğun qurulur. 

Aktual.az-a NİİM-dən daxil olan məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yeni tədris ili ilə bağlı tətbiq etdiyi yeniliklərdə həmçinin avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alınır. Avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas yollarda “yaşıl dalğa”ların sayı artırılır: “Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə svetoforda yaşıl işıq yandırılır. Artıq bu işlərin tətbiqinə başlanılıb. Bundan başqa, paytaxt ərazisindəki təhsil müəssisələrinin əraziləri müəyyən olunub və “yaşıl dalğa”lar daha çox məhz təhsil ocaqlarının yerləşdiyi ərazilərdə tətbiq olunur. Çünki burada avtomobillərin sayı həddindən artıq çox olur. Ona görə də avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün “yaşıl dalğa” əmri daha çox bu ərazilərdə tətbiq olunacaq”.

 
Xəbər 937 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR