Bakıda ticarət mərkəzlərindən biri bağlandı

Bakıda ticarət mərkəzlərindən biri bağlandı

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Bayram Əliyev adlı oxucunun verdiyi məlumata görə, Bakıda Nizami rayonunda, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında yerləşən "Laçın" ticarət mərkəzinin sahibi Maqsud Vəliyev bu gün vəfat edib.

Bununla əlaqədar "Laçın" ticarət mərkəzi 3 günlük bağlanıb: "Artıq ticarət mərkəzindəki obyektlərin qapıları bağlanıb, işçiləri evə göndəriliblər. Hələlik bazarın 3 gün bağlı olacağını deyirlər".

Qeyd edək ki, Maqsud Vəliyev daha çox Laçınlı Maqsud adı ilə tanınırdı.

Xəbər 990 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR