Dünən Bakıda tapılan ayı bu gün aidiyyəti quruma təhvil verilib.
Aktual.az bildirir ki, qafqazinfo paytaxt sakinlərinin marağına səbəb olan ayının fotolarını çəkə bilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qafqazinfo-ya verilən açıqlamada bildirilir ki, ayı hələ ki, vəhşi təbiətə buraxılmayacaq: "Ayı balası bu gün Altıağac Milli Parkının nəznindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikasına təhvil verilib. Öncə müalicə olunacaq, daha sonra təbiətə buraxılacaq".