Paytaxtın Nizami rayonunda, "Neftçilər" metrostansiyasının yaxınlığında oğurluq hadisəsi baş verib. Taksi sürücüsünün avtomobilindən ona məxsus telefon və 540 manatdan artıq pul oğurlanıb.
Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə bu gün saat 21:45 radələrində baş verib. "HUNDAİ" markalı 10-PV-456 dövlət nömrə nişanlı avtomobilin sahibi avtomobilini yolun kənarında saxlayaraq yaxınlıqdakı marketə daxil olub. Bu zaman avtomobildə olan şəxs oğurluğa əl atıb.
Sürücünün verdiyi məlumata görə, mağazadan alış-veriş edib qayıdarkən avtomobildə olan şəxs onun 540 manat pulunu və mobil telefonunu oğurlayıb".
Zərərçəkən hələ ki, bu barədə polis idarəsinə müraciət etmədiyini bildirib.
Aktual.az