Bakının Sabunçu rayonunda qonşular arasında söyüş üstündə kütləvi dava baş verib.
Aktual.az report.az-a istinadən bildirir ki, Maştağa qəsəbəsi, "Gülçülük Sovxozu" kimi tanınan ərazidə 1970-ci il təvəllüdlü Əliyev Həsən Yaşar oğlu qonşuluqda yaşayan şəxslərə söyüş söydükləri üçün irad tutub.
Nəticədə o, dörd nəfər tərəfindən küt alətlə döyülüb. H.Əliyev ağır kəllə-beyin travması və bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 511 dəfə oxunub.