Bakıda sürücü qarşısına çıxan azyaşlı uşağı vurmamaq üçün öz həyatını təhlükəyə atıb.
Aktual.az xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, bu gün səhər saatlarında Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində "Nissan Sunny” markalı avtomobil aşıb.
"Şamaxinka”dan sürətlə gələn avtomobil işıqfora çatanda qarşısına uşaq çıxıb. Uşağı vurmamaq üçün sürücü yol kənarındakı "Mercedes” markalı avtomobilə çırpılıb, sonra isə yoldan çıxaraq aşıb. Sürücü qəzadan xəsarətsiz qurtula bilib.
Aktual.az Xəbər 317 dəfə oxunub.