Bakıda süni intellekt-akselerasiya mərkəzi açılacaq

Bakıda süni intellekt-akselerasiya mərkəzi açılacaq

Azərbaycanda hökumət açıq məlumat platforması təqdim edir.
Aktual.az xəbər verir ki, bunu İNMerge innovasiya sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O qeyd edib ki, burada dövlətin demək olar bütün məlumatları paylaşılır:
"Ümid edirik ki, özəl sektor və startaplar bundan yararlanacaq və yeni bizneslər quracaq. Bu prosesi sürətləndirmək üçün yaxın günlərdə Bakıda Süni İntellekt Akselerasiya Mərkəzini açacağıq. Bu mərkəz təkcə bizim üçün yox, həm də MDB, Mərkəzi Asiya və Şimali Qafqaz regionları üçün unikal olacaq.
Elə buna görədir ki, qlobal texnoloji şirkətlər Azərbaycanı seçirlər. Son aylarda ABŞ-ın EPAM, Andersen şirkətləri öz ofislərini Bakıda açdılar”.


Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR