Bakıda su quyusundan uşaq meyiti tapılıb.
Aktual.az “Report”a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Zeytun sovxozunda qeydə alınıb.
Belə ki, həmin ərazidə nömrəsiz evdə yaşayan 2009-cu il təvəllüdlü İbrahim Məmmədovun meyiti yaşadığı evin həyətindəki 15 metr dərinliyi olan su quyusundan tapılıb. Suda boğulmuş İ.Məmmədovun üzərində zorakılıq əlaməti görünməyib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.