Bakıda yolda sürüşməsinin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
"Report"un məlumatına görə, sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Ərazidə sürüşmə zonasının aktiv olduğu güman edilir. İlkin ehtimala görə, gecə saatlarında da növbəti torpaq sürüşməsi baş verib. Bu səbəbdən təhlükəli ərazinin sahəsi genişlənib.
Hadisə ilə əlaqədar yolda gediş-gəliş bağlanıb. Sürüşmə zonasına nəzarət gücləndirilib, ərazi əhatəyə alınıb, hadisə yerinə yol polisi, post partrul əməkdaşları və təcili yardım cəlb edilib.
Qeyd edək ki, avtomobillərin hərəkəti köhnə yol ilə "20-ci Sahə" adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.
Şərhlər