Bakıda şok olay - Məktəbli transformatorda yandı

Bakıda şok olay   - Məktəbli transformatorda yandı

Bakıda məktəblinin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Xətai rayon Mingəçevir küçəsində yaşayan 2008-ci il təvəllüdlü Əliyev Tunar Yelmar oğlu evin yaxınlığında yerləşən transformator məntəqəsinə girib. Bu zaman 8 yaşlı oğlanı elektrik cərəyanı vuraraq kənara atıb. T.Əliyevin hər iki əli və başının bəzi hissələri yanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bədbəxt hadisə ilə üzləşən 8 yaşlı oğlan orta məktəbin 2-ci sinif şagirdi olub. Faktla bağlı araşdırma aparılır.//Lent.az

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR