Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.
Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə zərərçəkən - Abşeron rayon sakini 1961-ci il təvəllüdlü Bilalov Elçin Parapel oğlu Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib.
E.Bilalova qeyd edib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus "Foodini" MMC-də operator işləyən Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.
Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.
Aktual.az
Xəbər 594 dəfə oxunub.