Bakıda sevgililər özünü dənizə atdı, ölən var

Bakıda sevgililər özünü dənizə atdı, ölən var

Dənizkənarı Milli Park ərazisində dənizə düşən iki nəfərin adları açıqlanıb.

"Report”un xəbərinə görə, Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Günel Rzayeva özünü Dəniz Vağzalının yaxınlığında Xəzər Dənizinə ataraq intihar edib.
Daha sonra onu xilas etmək istəyən həmyerlisi və sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə tullayıb. B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının iştirakı ilə Səbail rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri tədbirlər yerinə yetirilib. G.Rzayevanın meyitinin FHN əməkdaşları tərəfindən axtarışı mümkün olmayıb. B.Məmmədovun vəziyyəti isə hazırda kafidir.
Faktla bağlı Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən Aktual.az-a verilən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. 
Əlavə məlumat veriləcək.
Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR