Bakıda sevgi faciəsi

Bakıda sevgi faciəsi

Bakıda intihar hadisəsi baş verib.

Aktual.az  xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsində, “Stansiya” adlanan ərazidə qeydə alınıb. 

Orada yaşayan 1994-cü il təvəllüdlü Yusif İlqar oğlu Sultanov yaşadığı evdə özünü asıb. 

Sultanov oğlunun özünü öldürməsindən ilk olaraq anası xəbər tutub. Dünən axşam saatlarında işdən evə qayıdan qadın 22 yaşlı oğlunun özünü asdığını görüb və şok keçirib.

İlkin araşdırmalar zamanı 22 yaşlı Yusifin məktubu tapılıb. O, məktubunda anasından halallıq istəyib: 

“Bu gün mənsiz yatın, bundan sonra saat yoxdur...”

Yaxınlarının bildirdiyinə görə, 22 yaşlı Yusif Sultanov xeyli vaxtmış bir qızı sevirmiş. Lakin qızın yaxınları bu izdivaca qarşı çıxıb və onların qovuşmasına imkan verməyib.

Qeyd edək ki, intihar edən gəncin anası və atası uzun müddət əvvəl boşanıb və o, anası ilə yaşayırmış.

Xəbər 746 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR