Araşdırma aparılır.
Bakıda sərxoş sürücü yol qəzası törədib.
Aktual.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Svetlana Məmmədova küçəsində baş verib.
Yüksək surətlə hərəkətdə olan KİA markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil iki yolu ayıran arakəsməyə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları gəliblər. İlkin araşdırma zamanı avtomobilin sürücüsünün sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.