Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Xətai rayonu, "Ukrayna” dairəsi yaxınlığında qeydə alınıb. 1990-cı il təvəllüdlü Cəmil Atabalayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes” markalı avtomobillə piyada, 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xətai rayon Polis İdarəsi tərəfindən C. Atabalayev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanıb.
Xəbər 500 dəfə oxunub.