Bakıda sərxoş “avtoş”dan film kimi “şou”

Bakıda sərxoş “avtoş”dan film kimi “şou”

Yol polisi süni tıxac yaradıb.

Bakıda daha bir avtoxiliqan saxlanılıb.

Aktual.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Xətai prospektində “Toyota Corolla” markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq etdiyini görüb ona “saxla” işarəsi veriblər. Lakin sürücü - 21 yaşlı Eldar Əsgərov avtomobili saxlamaq əvəzinə sürəti artıraraq Nobel prospektinə çıxıb. Orada da avtomobillə təhlükəli hərəkətər edərək beton yolla Yeni Zığ şosesi vasitəsilə Qala-Türkan yoluna istiqamətlənib.

Yol polisinin onu izlədiyini görən sürücü hətta maşını beton maneələrə vuraraq yararsız hala salıb. Uzun prosesdən sonra yol polisi süni tıxac yaratmaqla sürücü Eldar Əsgərovu aeroport yolunda saxlayıb. Sürücü maşından düşüb qaçsa da, polis onu saxlamağa müvəffəq olub.

İlkin araşdırmada məlum olub ki, sürücü sərxoş vəziyyətdədir. Həkim müayinəsindən keçən sürücünün orta dərəcəli sərxoş olduğu ortaya çıxdı. Dindirmə zamanı E.Əcgərov bildirib ki, bir şüşə çaxır içib.

Sürücü Eldar Əsgərov məhkəmə qərarı ilə 1 illik sürücülük hüququndan məhrum edilməklə yanaşı, həm də 10 gündən 30 günədək inzibati həbs cəzsasına məhkum edilə bilər.


Aktual.az

Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR