Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, fevralın 21-də Bakıxanov qəsəbəsi ərazisində "Transgeyt" MMC-yə məxsus 10 TE 288 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. Nəticədə ağır xəsarət alan 33 yaşlı kişi vəfat edib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.