Dayanacaqdan kənarda saxlamadığına görə.
Bakıda qətl hadisəsi baş verib.
33 saylı marşrut avtobusunun sürücülərindən biri ilə sərnişin arasında insident yaşanıb.
Belə ki, dayanacaqdan kənar saxlamayacağını deyən sürücü əvəzində beşbarmaqdan zərbə alıb.
Sərnişin avtobus hərəkətdə olarkən dörd dəfə soyuq silahdan sürücünün baş nahiyəsinə zərbə endirib. Nəticədə sürücü xəstəxanalıq olub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qətldə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb\azvision.az