Bakıda bir neçə gün öncə Rusiya səfirliyə məxsus avtomobilə hücum edib şüşələrini sındıran şəxs tutulub.
Aktual.az musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün öncə Nəsimi rayonu ərazisində Rusiya səfirliyinə məxsus Jeep Liberty markalı T-00416 nömrəli avtomobilin şüşələri sındırılmışdı.
Araşdırmalar sayəsində müəyyən edilib ki, hadisəni törədən Tovuz rayon sakini 1979-cu il təvəllüdlü Elnur Qasımovdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində E.Qasımov saxlanılıb.