Bakıda səfirin müşaviri qəzaya düşdü

Bakıda səfirin müşaviri qəzaya düşdü

Bakıda səfirlik əməkdaşı yol qəzasına düşüb.

Lent.az xəbər verir ki, 1988-ci ildə Liviyada anadan olan və 2015-ci ildən Liviya Respublikasının səfirliyində müşavir vəzifəsində işləyən Elnamrod Anasın idarə etdiyi "Mercedes” markalı, 019 D 011 dövlət nömrə nişanlı avtomobil Əlizadə küçəsi 9 ünvanın qarşısında Firudin Rəhimovun idarə etdiyi "Lada Priora” ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki avtomobilə ziyan dəyib.

Hadisə ilə əlaqədar Səbail DYPŞ-də araşdırma aparılır.

Aktual.az
Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR