Quba rayon sakini saxta əskinasları paytaxtın Nizami rayonu ərazisində satarkən tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Pərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13000 manat) saxta əskinasları paytaxtın Nizami rayonu ərazisində 2300 ABŞ dollarına satarkən tutulub.
Saxta pulları satış məqsədi ilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.