Bakıda satıcının başına “butulka” vurub, pulunu apardılar

Bakıda satıcının başına “butulka” vurub, pulunu apardılar

Bakıda mağazaya basqın olub.

Aktual.az  xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Quba rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Xasıyevin işlədiyi Binəqədi şosesindəki mağazaya gələn şəxsiyyəti məlum olmayan şəxslər onun başına şüşə qabla (butulka) ilə vuraraq xəsarət yetirib, oradan 300 manat pul götürərək hadisə yerini tərk ediblər. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Xasıyevin 300 manat pulunu quldurluq yolu ilə alanlardan birinin Naftalan şəhər sakini Toğrul Musayev olması müəyyən edilib və o, şübhəli şəxs kimi tutulub.

Araşdırmalar zamanı Toğrul Musayevin hadisəni Cavanşir Musayevlə birgə törətməsi müəyyən edilib.

Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR