Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən çay evlərindən birindən Ağsu rayon sakini Murad Qubatov döş qəfəsi və sifət nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.
Aktual.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Xəbərdə deyilir ki, hadisəni törətmiş onun həmyerlisi Vüqar Şirinov könüllü olaraq Ağsu Rayon Polis Şöbəsinə gedərək təslim olub. O, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bğlməsinin əməkdaşlarına təhvil verilib.
Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.