Bakıda “Şah” hamamının kassasını taladılar

Bakıda “Şah” hamamının kassasını taladılar

Bakıda hamamda cinayət baş verib.

Aktual.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, avqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının xəzinəsindən 1845 manat oğurlanıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulublar.

Məlumatda o da bildirilir ki, oğurluq edənlər elə həmin hamamda işləyirlərmiş.

Araşdırmalar davam etdirilir.

 
Xəbər 755 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR