Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb

Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb

Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tərlan" şadlıq sarayının qarşısında baş verib.
Hadisə nəticəsində şəhər sakinləri - 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR