Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək

Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək

Sabahdan etibarən Bakıda Rusiya Filmləri Həftəsi başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Aktual.az-a verilən məlumata görə, filmlərin nümayişi Azərbaycan və Rusiya Mədəniyyət Nazirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Film Həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Nümayəndə heyətinin tərkibinə xalq artisti Boris Şerbakov, Həftənin filmlərində çıxış edən digər aktyorlardan Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitriy Savinskiy, Georgiy Malkov, nümayiş olunacaq “Quzum Dolli kinli idi, tez öldü” bədii filminin ssenari müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi Aleksey Pimanov və “Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir.

Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da “Burada üfüqlər sakitdi...”, oktyabrın 2-də saat 18:40-da “Yaşıl karet”, oktyabrın 3-də saat 18:40-da “Quzum Dolli kinli idi, tez öldü”, oktyabrın 4-də saat 18:40-da “Kabus”, oktyabrın 5-də saat 18:40-da “Batalyon”, oktyabrın 6-da saat 18:40-da “Ələkeçməz”, oktyabrın 7-də saat 18:40-da isə “Əziz anam” bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq.

Film nümayişlərinə giriş sərbəstdir.

Aktual.az

Xəbər 889 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR