Bakıda ruhi xəstə donaraq ölüb

Bakıda ruhi xəstə donaraq ölüb

Bakıda ruhi əsəb dispanserində müalicə alan 60 yaşlı kişini küçədə don vurub

Aktual.az  "Report"-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb. V.Hacıyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserdən bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: "Sadəcə xəstəxanaya tez-tez gəlib-gedirdi".
 
Aktual.az
Xəbər 718 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR