Bakının Xətai rayonu ərazisində oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 26-da Xətai rayon ərazisindəki restoranların birindən 9000 manat dəyərində 5 ədəd televizor, 1 ədəd proyektor lövhəsi və mobil telefon aksesuarı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Zeynalov Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 236 dəfə oxunub.