Binəqədi rayonu Çeşməli restoranında yeyib-içən qohumlar arasında mübahisə düşüb, mübahisə güllələnmə ilə nəticələnib.
ONA-nın məlumatına görə, hadisə zamanı 2 nəfər xəsarət alıb. 37 yaşlı Elçin Nəbiyev əlinin deşilmiş kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş 44 yaşlı Vəli Nəbiyev kəllə beyin travması alıb. O da KTM-ə yerləşdirilib.
Səhiyyə Nazirliyindən ONA-ya bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur.