Bakıda qəzalı binaların sökülməsi nəzərdə tutulur

Bakıda  qəzalı binaların  sökülməsi nəzərdə tutulur

Sabunçu rayonunda qəzalı olan 4 binanın sakinləri köçürüləcək.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bunu Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Şamil Aliyev deyib.

Onun sözlərinə görə, artıq Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi 23 ünvanında yerləşən 31 mənzilli qəzalı binanın sakinləri köçürülüb: "Bina sökülüb. Binanın sakinləri hələlik kirayə evlərdə yerləşdirilib. Həmin binada 30 ailə yaşayırdı. Hər bir ailəyə kirayə evlərdə məskunlaşmaları üçün hər ay 200 manat pul ödənilir. Bina kəskin qəza vəziyyətində olduğundan hər an uçmaq təhlükəsində idi. Hazırda binanın fundamenti qazılır. 2 mərtəbəli binanın yerində bir bloklu 10 mərtəbəli binanın tikilməsi nəzərdə tutulur. Çox güman ki, 9 aya bina tikilib istifadəyə veriləcək”.

Sözügedən binanın 1901-ci ildə tikildiyini vurğulayan Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmisi deyib ki, bu cür binalar rayon ərazisində çoxdur: “Sabunçu rayonu ərazisində qəzalı bınaların siyahısı hazırlanıb. Sökülən bina ilə bərabər kəskin qəza vəziyyətində olan 5 yaşayış binasının olduğu müəyyənləşdirilib. D.Bünyadzadə küçəsi, 23 ünvanında yerləşən 31 mənzilli binanın yerində yeni tikilən bina hazır olandan sonra digər qəzalı binalardakı sakinlər də köçürüləcək. Sakinlər köçürüldükdən sonra həmin binalar da söküləcək”.

Qeyd edək ki, ümumilikdə 5 il ərzində Sabunçu rayonunda 100 binanın sökülməsi nəzərdə tutulur. Sözügedən fəaliyyət Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən həyata keçiriləcək.

Xəbər 974 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR