Bakıda qətl hadisəsi baş verib.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 18-də Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Rafiz Mirzəyev kəsilən-deşilən xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Tural İsmayılov tutulub.