Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.
Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Aktual.az
Xəbər 391 dəfə oxunub.