Bakıda qardaş qardaşı bıçaqlayıb.
Aktual.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.
S.Bəhlulzadə küçəsində bir yerdə yaşayan qardaşlar mübahisə ediblər. Epilepsiya və şizofreniya xəstəsi olan, 1982-ci il təvəllüdlü Sənan Həsənov qardaşı, 1983-cü il təvəllüdlü Siracı bud nahiyəsindən bıçaqlayıb. O, xəstəxanya yerləşdirilib və tibbi yardım aldıqdan sonra buraxılıb.
Araşdırma aparılır.