Bakıda qadını vuraraq qaçan sürücü polisə təslim olub – 20 gün sonra

Bakıda qadını vuraraq qaçan sürücü polisə təslim olub –  20 gün sonra

Bakıda qadını vuraraq hadisə yerindən qaçan sürücü polisə təslim olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, noyabrın 8-də saat 19 radələrində Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən "Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib.
Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.
 
Aktual.az
Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR