Bakı Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini Namiq Bəkirovun CM-nin 180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbəbr verir ki, ötən il sentyabrın 17-də Nəsimi RPİ 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayın 14-də Bakı şəhər sakini Nina Abdullayevaya məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə ələ keçirən Namiq Bəkirov tutulub.
Araşdırma zamanı məlum olub ki, N.Bəkirov əvvəllər məhkum olunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xəbər 777 dəfə oxunub.