Xətai polisi əməliyyat keçirtdi.
Yanvarın 23-də Xətai rayonu ərazisində naməlum şəxs Bərdə rayon sakini Türkanə Əliyevaya zor tətbiq edib içərisində 50 manat, mobil telefon, bankomat kartı və kosmetik əşyaları olan çantasını alıb hadisə yerini tərk edib.
Bu barədə DİN-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşıElbrus Buludov tutulub.