DİN məlumat yayıb.
Bakıda qadına qarşı cinayət törədilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə martın 25-də baş verib.
Belə ki, Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatı və sənədləri soyğunçuluq yolu ilə alınıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Şəki rayon sakini, məhkum olunmuş Azad Camalov tutulub.
Araşdırma aparılır.