Bakıda qadına əzab verən kişi həbs edildi

Bakıda qadına əzab verən kişi həbs edildi

İş üzrə istintaq tədbirləri davam etdirilir

Bakıda qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan açıqlamada bildirilir ki, Sabunçu rayonunun Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması faktına görə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına əsasən Bakı şəhər prokurorluğunda davam etdirilir.

Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələrinə tövsif edilib və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl "Yerlə sürüyürdü, bədənimi ütüylə yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün" – QAN DONDURAN HEKAYƏ (http://news.lent.az/news/218958) adlı yazı yayımlanıb. Yazıdan dərhal sonra Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verərək bu hadisə ilə bağlı cinayət işinin obyektiv aparılacağını bildirmişdi.

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR