Aktual.az xəbər verir ki, Bakının Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Gəncə prospekti ev 50, mənzil 75 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Natalya Denisova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb və aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.