Bakıda intihar hadisəsi qeydə alınıb.
Binəqədi rayon Prokurorluğundan bildiriblər ki, dekabrın 13-də 17:00 radələrində 1962-ci il təvəllüdlü Biləcəri qəsəbə sakini Kamilə Məmmədova özünü ipdən asmaqla intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.