Bakıda qadın əcnəbi vətəndaşın evindən oğurluq etdi

Bakıda qadın əcnəbi vətəndaşın evindən oğurluq etdi

Bakıda əcnəbi vətəndaşın evi qarət edilib.

Aktual.az bildirir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə M.Muxtarov küçəsi ev 179, mənzil 21 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, "JTİ Caucasus Vinston" şirkətində menecer işləyən, Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Andrey Lisyukun 5000 ABŞ dolları naməlum şəraitdə oğurlanıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin evdə qulluqçu işləyən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Lamiyə Əliyeva olması müəyyən edilib və o tutulub.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR