Bakının Xətai rayonunda qadına qarşı külli miqdarda dələduzluq edilib.
Aktual.az “Report”-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1960-ci il təvəllüdlü Natalya Fyodorovna Mustafayeva hüquq-mühafizə orqanlarına müraciət edərək 2014-cü ilin fevral ayında 1969-cu il təvəllüdlü Nonna Yuriyevna Rumyantsevanın onu aldadaraq 97 min 375 manat, 11 min 173 avro (təqribən 20 min manat) və 41 min 215 ABŞ (təqribən 67 min manat) dollar pulunu alaraq qaytarmadığını bildirib.
Faktla bağlı hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri keçirir.