Bakıda polisin təqib etdiyi maşın qəza törətdi – FOTO

Bakıda polisin təqib etdiyi maşın qəza törətdi   – FOTO
  • DÜNYA

Pensiyaçı qadın huşunu itirib.

Bu gün saat 11:00 radələrində Bakıda Xətai rayonu, Sabit Orucov küçəsində avtomobil qəzası baş verib.

Aktual.az "Report"-a istinadən xəbər verir ki, polisin təqib etdiyi, taksi fəaliyyəti ilə məşğul olan 90 KO 781 dövlət nömrə nişanlı "Opel" markalı avtomaşın 10 OZ 371 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobili arxadan vuraraq, qəza törədib. 

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, hadisə şahidi olan pensiyaçı qadın baş vermiş qəzadan təsirlənərək, huşunu itirib. Ona kömək etmək üçün təcili yardım gəlib.  

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR