Bakıda polisin saxladığı şəxs öldü

Bakıda polisin saxladığı şəxs öldü

Əhmədov ağır yol qəzası törətmişdi.

Bakıda polis tərəfindən saxlanılan şəxs dünyasını dəyişib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Ağır yol qəzası törətməkdə təqsirli bilinərək Binəqədi rayon Polis İdarəsində saxlanılan, 1969-cu il təvəllüdlü Füzuli Mahal oğlu Əhmədovun vəziyyəti qəfildən pisləşib.

Təcilli xəstəxanaya aparılan F. Əhmədov həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

İlkin məlumata görə, ölümə yüksək təzyiq səbəb olub.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov ölüm faktı ilə bağlı araşdırma aparıblar.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, noyabrın 2-də saat 16:40 radələrində yol qəzası törətməkdə təqsirləndirilən Əhmədov Fizuli Mahal oğlu İstintaq təcridxanasına gətirilib.

Həmin gün saat 22:10-da qəflətən vəziyyəti pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılan F. Əhmədov noyabrın 3-də saat 05:45 radələrində xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR