Bakıda polisi güllələdilər - namus üstündə - YENİLƏNİB

Bakıda polisi güllələdilər   - namus üstündə - YENİLƏNİB

Bakının Xəzər rayonunda odlu silahdan açılan atəşlə polisi qətlə yetirən şəxs barəsində cinayət işi açılıb.

Bunu Trend-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən həftənin şənbə günü Xəzər rayonunun Qala qəsəbəsində yaşayan İsgəndər Bəbirov öz evində Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı polis serjantı Malik Musa oğlu Muradovu ov tüfəngi ilə güllələyib. İ.Bəbirov bununla yanaşı evdə olan Nicat Canbala oğlu Şəbiyevi də bıçaqlayaraq hadisə yerindən qaçıb. Lakin Xəzər Rayon Polis İdaərsinin keçirdiyi əməliyyat nəticəsində o saxlanılıb. İlkin araşdırmalara əsasən, cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilir.

----------

11:41

Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildiriblər ki, insident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.

-----------

10:17

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ.Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N.Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 4519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR