Bakıda silahlı insident olub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.
Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.
Xətai Rayon Polis İdarəsindən faktı təsdiq ediblər. Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib.
İnsidentin motivi də hələlik açıqlanmır.